Mirzoyandan Fransa rəsmisinə: Bakıya göndərdik

“Ermənistan sülh sazişi ilə bağlı təkliflər paketini Azərbaycana təqdim edib”.

Globalinfo.az xəbər verir ki, A.Mirzoyan bu barədə ATƏT Xarici İşlər Nazirlərinin 30-cu Forumu çərçivəsində Fransanın Avropa məsələləri üzrə dövlət naziri Laurens Bun ilə görüşündə danışıb.

O, sənədin ötən həftə Azərbaycana göndərildiyini bildirib.

Qeyd edək ki, hazırda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov da Makedoniyanın paytaxtı Skopyedə rəsmi səfərdədir. Ermənistan XİN sözçüsü Ani Badalyan C.Bayramov və A.Mirzoyan arasında ikitərəfli görüşün olmayacağını deyib.

Əliyar Xəlil
Globalinfo.az