Bakının tələblərinə uyğun sülh müqaviləsi imzalanacaq – Camalyan

“NATO Baş katibi Yens Stoltenberq Bakının tələblərini İrəvana çatdırıb”.

Globalinfo.az xəbər verir ki, bunu erməni hərbi ekspert David Camalyan deyib.

O, NATO Baş katibinin Ermənistana səfəri ilə bağlı bəzi məqamlara diqqət çəkib.

“Ermənistan NATO-ya yalnız Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq üçün maraqlıdır. Stoltenberqin qarşısında yalnız bir vəzifə durur. O, Azərbaycanın tələblərini təmin etməklə Ermənistan-Azərbaycan arasında sülhə nail olmaq istəyir. Yəni sülh sazişinin Azərbaycanın maksimum tələbləri nəzərə alınmaqla imzalanmasını təmin etmək niyyətindədirlər”, – Camalyan bildirib.

“Qərb NATO Baş katibinin simasında Bakının istəklərini açıq şəkildə dəstəkləyir. Stoltenberq bunu çatdırmaq üçün Cənubi Qafqaza səfər etdi. Onlar Azərbaycanın son sözünü deyəcəklər və Bakının tələblərinə uyğun sülh müqaviləsi imzalayacaqlar”, – Camalyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az