Bakının ermənilərlə bağlı bəyanatına Rusiyadan reaksiya

Azərbaycanın Qarabağa qayıtmaq istəyən ermənilərin hüquqlarının, təhlükəsizliyinin, iqtisadi rifahının təmin edilməsi ilə bağlı bəyanatlarını alqışlayırıq.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“Moskva Rusiya sülhməramlı kontingenti də daxil olmaqla, Bakı və İrəvanın barışması üçün prinsipial əhəmiyyət kəsb edən bu prosesə hər cür kömək edəcək”, – Zaxarova qeyd edib.