Bakıda yaşlı qadının köməyinə FHN çatdı – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda bir nəfərin barmağında üzüyün sıxılıb qalması barədə məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrlə halqanın təhlükəsiz qaydada çıxarılması təmin edilib.