64c6b43c31a0564c6b43c31a06169074386826372ef5f409210fc741278b52b1fa7f

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbədəki sosial sığınacaqda yaşayan Tatyana Ağayeva dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. O, cərrahi əməliyyat olunub.

Onun hansı səbəbdən bıçaqlandığı araşdırılır.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Paylaş: