Sabah Yeni ilə qədəm qoyuruq, amma maraqlı burasındadır ki, gözümüzə “Şaxta baba” və “Qar qız” sataşmır.
Maraqlıdır, bayramqabağı Şaxta baba olmaq üçün neçə müraciət daxil olub? Həmçinin lisenziyanın qiymətində dəyişiklik varmı?
Globalinfo.az bildirir ki, Oxu.Az bu suallarla müvafiq qurumlara üz tutub.
Bakı Şəhər Ticarət və Xidmət Departamenti sorğumuza cavab olaraq bildirib ki, rüsumun qiyməti dəyişməyib, 90 manatdır.
Qeyd edilib ki, Bakı şəhəri üzrə “Şaxta baba” olmaq üçün 4 müraciət daxil olub:
“Sözügedən müraciətlərin hər biri müsbət cavablandırılıb”.