Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib.
Globalinfo.az xəbər verir ki, tədbirin rəsmi hissəsində ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, TDT Baş katibinin müavini Merey Mukajan, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası Katibliyinin rəhbəri Murad Nəcəfbəyli, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Azər Əliyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün Milli kordinatorunun müavini Gülşən Rzayeva iştirak edib.
İclasda, həmçinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, eləcə də müşahidəçi statusunda olan Macarıstan və Şimali Kipr Türk Respublikasının geodeziya, kartoqrafiya, yerquruluşu, kadastr, yerin məsafədən tədqiqi və coğrafi informasiya sistemləri üzrə müvafiq qurumlarının nümayəndələri iştirak edib.
Toplantının yekunu olaraq TDT-nin Xəritəçəkmə Qurumları Rəhbərlərinin 2-ci Toplantısının bəyannaməsi qəbul edilib.
Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilir.
Globalinfo.az xəbər verir ki, tədbirdə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, TDT Baş katibinin müavini Merey Mukajan, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası Katibliyinin rəhbəri Murad Nəcəfbəyli, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Azər Əliyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün Milli kordinatorunun müavini Gülşən Rzayeva iştirak edir.
Toplantının yekunu olaraq bəyannamə qəbul ediləcək.