066jpg 1780996345

Jurnalist Ülviyyə Hüseynova sosial şəbəkə hesabında qarşılaşdığı insidentlə bağlı paylaşım edib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, hadisə iki gün əvvəl 8 Noyabr prospektində baş verib.

Jurnalistin sözlərinə əsasən, taksi sürücüsü ona işıq siqnalları verərək yol tələb edib və təhlükəsiz ara məsafəsini gözləmədən təzyiq göstərib. Bildirilir ki, sol zolaq boş olsa da, sürücü davamlı şəkildə siqnal verərək narahatlıq yaradıb.

Daha sonra tərəflər arasında mübahisə yaranıb. İddialara görə, sürücü nalayiq ifadələr işlədərək xanım sürücünü təhqir edib. Hadisə ilə bağlı Ülviyyə Hüseynova Daxili İşlər Nazirliyinin “102” xidmətinə və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edib.

Jurnalist müraciətinə qısa müddətdə baxıldığını, həmin sürücünün polis bölməsinə dəvət olunduğunu və davranışına görə üzr istədiyini bildirib.

“Ona cəmi bir sual ünvanladım: “Sol tərəfdə ötmək üçün zolaq boş olduğu halda, nədən dayanmadan mənə işıq siqnalı verirdiniz və ötüb keçmirdiniz?” Cavabı isə təəccüblü oldu: “Maşındakı sərnişinlər ailə idi, uşaqları nadinclik edib əsəblərimlə oynayırdı…” Görünür, sürücü əsəbi olduğu anda Azərbaycan Respublikasının qanunlarını və ən əsası, Azərbaycan xanımına qarşı hörmət hissini tamamilə unudubmuş”, – deyə Ülviyyə Hüseynova bildirib.

Bakıda jurnalistin avtomobil ilə hərəkətinə mane olan taksi sürücüsündən İLGİNC SƏBƏB - FOTO

Paylaş: