Bu sözləri Globalinfo.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov yeni metrostansiyaların açılması haqda danışarkən deyib.
O bildirib ki, hərəkətin təşkili ilə bağlı məsələlər tam müəyyən olunduqdan sonra xətt üzrə qatarların sayı barədə də məlumat veriləcək.
Xətlər ayrıldıqdan sonra hər iki xəttə müstəqil qatarların hərəkəti təşkil olunacağından intervalın ən qısa müddətə salınması üçün “İçərişəhər” stansiyasından sonra bir və iki stansiya inşa olunacaq. Qatarlar stansiyanın arxasından bir yoldan digərinə keçərək rahat hərəkətini davam etdirəcək və minimal intervallar tətbiq etmək mümkün olacaq”.
Zaira Akifqızı
Globalinfo.az