ags2eVtyJqlXSdE8JhUPFhkuKmczYhnlw3rDKiUJ 1200

Dünən axşam saatlarında Qobu-Lökbatan yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, 99-EN-361 dövlət qeydiyyat nişanlı “Toyota” markalı minik avtomobili “Ford Transit” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə nəticəsində “Toyota”da olan Bəhruz Sultanov və Rauf Hüseynov hadisə yerində həlak olublar, “Ford”un sürücüsü isə xəsarətlər alıb.

Əldə etdiyimiz məlumata görə, qəzada ölənlər “Qobu” futbol klubunun oyunçuları olublar.

Qeyd edək ki, “Qobu” 2025/26 mövsümündə AFFA Region Liqasında mübarizə aparıb.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Paylaş: