Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Globalinfo.az-a FHN Mətbuat xidmətinin məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
*** 16:08
Bakıda güclü yanğın başlayıb.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə 8 Noyabr prospekti yaxınlığında baş verib.
İddialara görə, neft çənlərindən biri partlayıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları hadisə yerindədir.
Yanğın söndürmə işi davam edir.
Görüntüləri təqdim edirik:
Əliyar Xəlil
Globalinfo.az

