Bakıda güclü külək, yağış… – Faktiki hava açıqlandı

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, saat 18:00-a olan məlumata əsasən Bakı və Abşeron yarımadasının bəzi ərazilərində, Quba, Xaçmaz, Qusarda yağış yağıb. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 26-32 m/s, Neftçala, Gəncədə 20 m/s, Şəkidə 18 m/s, Mingəçevirdə 17 m/s, Tərtərdə 15 m/s-dək güclənib.

Neft Daşları Stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3,2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Naxçıvan Muxtar Respublikasında 13, Aran rayonlarında 21, dağlıq rayonlarda 15 dərəcəyədək isti olub.