Bakıda bu ərazidə hərəkətə məhdudiyyət qoyuldu

Paytaxtın Seyid Cəfər Pişəvəri küçəsi, 3-cü mikrorayon dairəsi istiqamətində yolda təmir işləri aparılır.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

“Təmir səbəbindən yolun bir hissəsində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Sürücülərdən nəzərə almaları xahiş olunur”, – məlumatda bildirilib.