baki susa scaled

Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının 30 ili tamam olur. 1994-cü ilin sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”-“Çıraq”-“Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında 13 iri neft şirkəti arasında Bakıda bağlanmış müqavilədir.

Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamı ilə hər il 20 sentyabr Azərbaycanda neftçilərin peşə bayramı – “Neftçilər günü” kimi qeyd olunur.

“Əsrin müqaviləsi”ndə 8 ölkənin – Azərbaycan, ABŞ, Böyük Britaniya, Norveç, Yaponiya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanının – 13 neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil” (hazırda “Equinor”), “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Remco”, “Delta”) iştirak edib. Bununla da, müstəqil Azərbaycanın neft strategiyası və doktrinasının əsası qoyulub.

Bu tarixi saziş Azərbaycana nələr qazandırdı. Əgər imzalanmasaydı, indi ölkə hansı vəziyyətdə olardı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan VI çağırış Milli Məclis deputatı Hikmət Babaoğlu deyib ki, “Əsrin müqaviləsi” müstəqil Azərbaycan dövlətinin iqtisadi əsaslarını yaradan birinci layihə oldu:

ƏSRİN MÜQAVİLƏSİ |Azərbaycan Energetika Nazirliyi

20 sentyabr 1994-cü il. Bakıda “Əsrin müqaviləsi” imzalanıb.

“Azərbaycanı növbəti mərhələlərdə həm də siyasi müstəqilliyə qovuşdurmuş oldu. İqtisadiyyatı müstəqil olmayan ölkənin siyasəti də müstəqil olmur. O iqtisadi dividentlərin verdiyi üstünlüyə əsasən sonrakı mərhələdə demokratik hüquqi dövlət qurmağı bacardıq, dövlət idarəetmə aparatının funksionallığını təmin edə, güclü ordu qurmağı bacararaq bugünkü inkişaf etmiş Azərbaycana çatdıq. Burada neft faktorunun əhəmiyyəti böyükdür. Qeyri-neft amilindən bəhs etdiyimiz zaman belə “Əsrin müqaviləsi”ndən gələn iqtisadi dividentləri xatırlamalıyıq.
Postsovet məkanında digər ölkələrlə münasibətləri tənzimləyəcək hüquqi əsaslar yox idi, yeni reallıq müxtəlif imperiyalar tərəfindən qısqanclıqla qarşılanırdı. Bu müqavilə Ümummilli lider Heydər Əliyevin beynəlxalq nüfuzuna görə imzalandı. Beləliklə, ölkəmizə neft bonusları gəlməyə başladı”.

Hikmət Babaoğlunun sözlərinə görə, məsələnin ikinci tərəfi müqavilə mətninin Azərbaycanın maraqlarına uyğun formada ən yüksək səviyyədə tərtib olunması idi:

“İlham Əliyev  bu prosesdə yaxından iştirak edərək hazırlanan mətn üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi bugünkü formada tərtib olunmasında böyük əmək sərf etdi. Dövrün ən qabaqcıl neft şirkətləri ilə beynəlxalq müqavilələrin tərtib olunması təcrübəsi o vaxt ölkəmiz üçün yad təcrübə idi. “Əsrin müqaviləsi”nə ikinci nəfəsin verilməsi isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Düşünürəm ki, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə Prezident İlham Əliyevin imzaladığı “Dövlət Suverenliyi Günü” haqqında sərəncam arasında birbaşa əlaqə var. Bu da şübhəsiz ki, İlham Əliyevin siyasi baxışlarının əlaqəsidir”.

Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib

15 oktyabr 2023-cü il. Prezident İlham Əliyev Xankəndidə çıxış edib

Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban isə məsələyə belə münasibət bildirib:

““Azəri-Çıraq-Günəşli” layihəsinin icra edilməsi Azərbaycanın hələ sovet dövründə kəşf edilmiş Xəzərin dərin hissəsində yerləşən ehtiyatlarının işlənməsini həyata keçirirdi. Bu ehtiyatların kifayət qədər böyük bazarlarda baha qiymətə satmaq üçün infrastruktura ehtiyac var idi. Buna imkan yarandı. Digər tərəfdən dənizin dərinliyində olan ehtiyatların çıxarılıb kapitala, pula çevrilməsi mühüm prosesdir. Azərbaycan bunu uğurla həyata keçirdi. Rusiya, Qərb, Şərq şirkətləri və digərlərini prosesə cəlb edə bildi. Bunun nəticəsində Dövlət Neft Fonduna neft-qaz layihələrindən 189 milyard dollar vəsait daxil olub. Bunun 180 milyard dolları ancaq “Azəri-Çıraq-Günəşli”nin gətirdiyi gəlirdir”.

İlham Şaban “neft bizə nə verdi?” deyə düşünən insanlara da belə cavab verib:

“Milyonlarla insan kənd təsərrüfatında çalışırdı. Onların bir il ərzində ölkəyə gətirdiyi gəlir heç bir milyard dollara çatmırdı. 20 il əvvəl məbləğ 100 milyon dollar belə deyildi. Ölkəmiz bu gəlirlər hesabına müsbət istiqamətdə çox dəyişib inkişaf edib”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: