Bakıda avtobus sürücüsündən dəhşət saçan manevrlər – ANBAAN VİDEO / YENİLƏNİB

Yanvarın 13-də hava şəraiti və yollardakı mövcud vəziyyətlə bağlı “Xaliq Faiqoğlu” şirkəti tərəfindən şirkətə məxsus avtobus parklarında sürücülərin təlimatlandırılması tədbirləri həyata keçirilib.

Bu barədə Globalinfo.az-a şirkətdən məlumat verilib.

Bildirilib ki, keçirilən təlimdən sonra qaraj (daxili) sürücülərindən biri marşrut avtobusu sürücülərinə nümayiş etdirilən manevr qaydalarını daha sərt formada həyata keçirərək lentə alıb və sosial şəbəkələrdə paylaşıb.

Qeyd olunub ki, baş vermiş hadisə araşdırılıb və vəzifə öhdəliklərini pozan əməkdaş məsuliyyətə cəlb edilib.

***

Bakıda sərnişin avtobusunun “drift” etməsi gündəm olub.

Globalinfo.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə “ISUZU” markalı sərnişin avtobusunun sürücüsünün dayanacaqda təhlükəli manevrlər etdiyi an əks olunub.

Həmin görüntüləri təqdim edirik: