Bakı Qərb bazarını ələ alır: “Cənub qaz dəhlizi…”

“Cənub qaz dəhlizi” bütövlükdə Cənubi Qafqaz üçün bir uğur hekayəsidir”.

Bu sözləri Globalinfo.az-a iqtisadçı ekspert deputat Vüqar Bayramov Martın 1-də Bakıda, “Gülüstan” sarayında keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları haqda danışarkən deyib.

Onun sözlərinə görə, “Cənub qaz dəhlizi”nin reallaşması regionun enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edib:

“Bu layihənin reallaşması Azərbaycan Prezidenti İlham Əliyevin səyləri ilə baş tutub. Belə ki, bu layihə müzakirə edilən zaman fərqli yanaşmalar səslənirdi. Bəzi ölkələr hətta layihənin xərcləri baxımından icrasını real hesab etmir, maliyyə ayırmaq istəmirdi. Amma İlham Əliyevin sərgilədiyi qətiyyətli mövqe layihənin reallaşmasına şərait yaratdı.

Həm Rusiya-Ukrayna müharibəsi, həm də Aİ enerji mənbələrini şaxələndirmək siyasəti fonunda “Cənub qaz dəhlizi”nə maraq artdı. Artıq yeni dövrdür və yeni reallıqlar var. Azərbaycan artıq yaşıl enerjiyə keçid edir.

Bakı alternativ enerjiyə sərmayə ayıran azsaylı ölkələrdəndir. Aİ ilə razılaşmaya əsasən 2026-cı ildən sonra yaşıl enerji Gürcüstan və Qara dənizin səthi ilə Avropaya nəql ediləcək. Hesab edirəm, martın 1-də baş tutan iclaslarda bu baxımdan məhsuldar və vacibdir”.

Turan Rzayev
Globalinfo.az