Bakı-Qəbələ qatarlarından istifadə 4 dəfəyə yaxın artıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində (10-14 aprel) şəhərətrafı və ölkədaxili qatarlarla 46 907 sərnişin daşıyıb ki, bu da ötən ilin bayram günləri ilə müqayisədə 29 % çoxdur.

Globalinfo.az bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə Bakı-Sumqayıt qatarları ilə sərnişindaşıma sayı 25 % artaraq 37 813, Bakı-Ağstafa qatarları ilə sərnişindaşıma sayı 21 % artaraq 6 649, Bakı-Qəbələ qatarları ilə sərnişindaşıma sayı isə 3,6 dəfə artaraq 2 445 olub.