Bacısının ölümünə dözməyən kişidən dəhşətli addım

Bakıda evdən iki meyit tapılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, 1955-ci il təvəllüdlü Aydın Şəmsəddinov evdə özünün asaraq intihar edib.

Evə baxış zamanı 1961-ci il təvəllüdlü yataq xəstəsi olan Səidə Şəmsəddinovanın meyiti aşkar edilib.

Ailənin yaxınlarının verdiyi məlumata görə, Aydın Şəmsəddinov bacısının ölməsinə dözməyərək intihar edib.

Faktla bağlı araşdırma aparılır.