“Bacım ayaqyalın qaçıb bizə gəlmişdi” – Qaraçuxurdakı hadisənin təfərrüatı

 

Bakıda bacısının ərini amansızlıqla döyüb çoxsaylı xəsarətlər yetirən və qabırğalarını sındıran şəxsə hökm oxunub.

Globalinfo.az-ın əldə etiyi məlumata görə, 1980-ci il təvəllüdlü Mahir Əsədov Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib. Bildirilib ki, Mahir ötən il 3 iyun tarixdə saat 22 radələrində Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən evdə bacısının əri Yusif Əlizadəni döyüb. Nəticədə Yusif döş qəfəsinin küt travması, soltərəfli hemopnevmotoraks və dərialtı emfizema ilə müşayiət olunan sol V, VII, VIII qabırğaların sınıqları, burun kökünün şişkinliyi, hər iki gözətrafı yumşaq toxumların qançırı və hər iki gözün ağlı qişasının qansızması, sağ qaşın bayır bucağı nahiyyəsinin və sağ alt göz qapağı nahiyyəsinin əzilmiş səthi yaraları, sifətin çoxsaylı qançırları, sağ saidin qançırı və sair ağır xəsarətlər alıb.

Bildirilib ki, Yusif mütəmadi olaraq arvadını döyüb və qadın bir neçə dəfə evdən qaçmaq məcburiyyətində qalıb. Mahir Əsədov hadisə barədə bunları deyib: “Zərərçəkmiş şəxs həm xalam oğlu, həm də yeznəmdir. Hadisədən təqribən bir həftə -10 gün əvvəl bacım ayaqyalın evdən çıxıb bizə gəlmişdi, səbəbini öyrəndikdə Yusifin onu döyüb təhqir etdiyi üçün evdən qaçdığını dedi. Yusif rayonda olan vaxtdan bacımı hər zaman nalayiq sözlərlə təhqir edib döyüb incidirdi. Sonra atam rəhmətə getdi, atasının 40 mərasimi çıxan kimi anam da xəstələndi və o da vəfat etdi. Yusif içib özündə olmurdu, öz qardaşları, qonşuları dəfələrlə onu döyüb. Bacısı dözməyib boşanmaq istədiyini bildirmişdi. Anasının 7 mərasimindən sonra bütün qohumlar yığışıb boşanma məsələsini danışdıq, lakin xalam razı olmadım. Yusif də gəlib and içərək birdə bacımı incitməyəcəyini dedi. Biz razılaşdıq, ailəsini götürdüb getdi. 5-10 gün normal yaşadılar, sonra yenə Yusif bacımı incitməyə başlayıb, bacım yenə ayaqyalın qaçıb bizə gəldi. 02 iyun 2022-ci il tarixdə evdə idim və bacım gəlib dedi ki, Yusif onu döyür təhqir edir. Bacım Yusifə zəng edib telefonu mənə verdi, Yusif məni də təhqir etdi. Mən də ona bizə söz verdiyini bir də bacımı incitməyəcəyini bildirməsini xatırlatdım”.

Bundan sonra Mahir Yusifin yaşadığı evə gedib və onu amansızlıqla döyüb.

Bakı Ağır Cinayələr Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən proses fevralın 2-d başa çatıb. Məhkəmə bir sıra halları nəzərə alaraq yeznəsini döyən Mahir Əsədovu 2 il sınaq müddəti verilməklə şərti cəzaya məhkum edib və o azadlıqdan qalıb.

Malik
Globalinfo.az