“Azıx və Tağlar mağaraları” nominasiyası ilkin siyahıda

Azərbaycanın Qarabağ bölgəsində yerləşən “Azıx və Tağlar mağaraları – Azərbaycanın tarixdən əvvəlki yerləri” adlı nominasiya İlkin siyahıya (Tentative List) daxil edilib.

Bu barədə Globalinfo.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin Ər-Riyadda keçirilən 45-ci sessiyasında verilib.

Xatırladaq ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında Azərbaycanın Hirkan Milli Parkının daxilində transmilli “Hirkan meşələri” və “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiyalar artıq qurumun Ümumdünya İrs Siyahısına daxil olunub.