Azərbaycanlı futbolçu 30 yaşında karyerasını başa vurdu

Azərbaycanlı futbolçu Vüqar Bəybalayev peşəkar karyerasını başa vurub.

Globalinfo.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Bəlkə də, bu günlərdə həyatımın ən çətin, bir o qədər də vacib qərarlarından birini verməli oldum. Ancaq öz-özümə “artıq vaxtıdır” – deyib belə bir qərar aldım. Bildirmək istəyirəm ki, bu gündən etibarən 6 yaşımdan başladığım və ömrümün 24 ilini həsr etdiyim peşəkar futbolçu karyeramı bitirirəm!”, – paylaşımda qeyd edib.

Qeyd edək ki, Vüqar Bəybalayev “Bakı”nın yetirməsidir. O, karyerası ərzində “Turan Tovuz”, “Rəvan”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Səbail”, “Televi” (Gürcüstan) və “Sumqayıt”da çıxış edib. Vüqar Bəybalayev son olaraq I Liqa təmsilçisi “İrəvan”da oynayıb. Futbolçu “İrəvan” klubunda problemlərlə üzləşmişdi. O, klubla müqavilə bağlasa da, maaşı ödənmədiyi üçün meydana çıxmaqdan imtina etmişdi.