332648d0 42ab 3d3c a03b 810bd6597dea 850

Mayın 1-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənd İnvestisiya Forumu çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Globalinfo.az xəbər verir ki,  bu barədə Özbəkistan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

M.Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi, o cümlədən əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi kontekstində praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Ötən il qarşılıqlı ticarət dövriyyəsi 27 faiz, ilin əvvəlindən isə daha 15 faiz artıb. Avtomobil sənayesi, energetika, kənd təsərrüfatı, elektrotexnika, tekstil, turizm və digər sənaye sahələrində əməkdaşlıq layihələri həyata keçirilir.

Söhbət zamanı layihələr portfelinin, o cümlədən Birgə İnvestisiya Şirkətinin vəsaitlərinin cəlb edilməsi ilə daha da artırılmasının vacibliyi vurğulanıb.

Qeyd edilib ki, yaxın vaxtlarda Hökumətlərarası Komissiyanın növbəti iclası və iki ölkənin ikinci Regionlar Forumu keçiriləcək.

***

“Özbəkistana işgüzar səfərimiz çərçivəsində Azərbaycan, Özbəkistan və Qazaxıstan iqtisadiyyat və energetika nazirlərinin üçtərəfli görüşündə “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu”nu imzaladıq”.

Globalinfo.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Sənədin icrası yaşıl enerjinin istehsalı və Azərbaycan ərazisi vasitəsilə Avropaya ixracı, enereji sistemlərinin inteqrasiyası və bərpaolunan resurslardan səmərəli istifadənin təşkili istiqamətində birgə hədəflərin həyata keçirilməsinə təkan verəcək”, – deyə nazir qeyd edib.

66324f85d819266324f85d8193171457318966324f85d818f66324f85d8191 scaled

Paylaş: