“Xəzər Lənkəran”ın veteran futbolçusu vəfat etdi – FOTO

Lənkəranda veteran futbolçu Valeh Zöhrabov vəfat edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Cənub Regional Futbol Federasiyasının rəhbəri Sakin Məmmədzadə məlumat verib.

Bildirilib ki, 90-cı illərdə “Xəzər Lənkəran” futbol komandasında çıxış etmiş veteran futbolçu Valeh Zöhrabov ötən gün vaxtsız vəfat edib.