Azərbaycanda məktəbli adam bıçaqladı – FOTO

Ucarda rayonunda bıçaqlanma hadisəsi baş verib.

Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən dönərxanaların birində qeydə alınıb.

Ucar rayon 2 saylı orta məktəbin 10-cu sinif şagirdi Əli adlı dönərçini iş yerində bıçaqlayıb.

Yaralı dərhal Ucar Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.