1990-cı illərin əvvəllərindən 2023-cü il sentyabrın 20-dək olan müddət ərzində müxtəlif iri və kiçik çaplı silahlar, sursatlar, artilleriya qurğuları, raketlərdən atəşlər açılmaqla edilmiş silahlı hücumlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin müdafiə arsenalına aid, 908 milyon manatdan artıq dəyərdə hərbi əmlaklar məhv edilib, yararsız hala salınıb və ya ələ keçirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə dövlət ittihamçısı Təranə Məmmədova sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində bildirib.