Azərbaycan XİN-dən Belarus bəyanatı

Azərbaycanın Xarici İşlər Nazirliyi Belarusla əməkdaşlığın 30 illiyi münasibətilə paylaşım edib. 

Globalinfo.az xəbər verir ki, paylaşımda iki ölkə arasında əməkdaşlığın inkişafı vurğulanıb:

“Bu gün Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Bu münasibətlə Belarus hökuməti və xalqına səmimi arzularımızı çatdırır və ikitərəfli əməkdaşlığın daha da dərinləşməsini səbirsizliklə gözləyirik”.