“Azərbaycanda 2027–2030-cu illəri əhatə edən yeni sosial-iqtisadi inkişaf proqramının bu ilin sonunadək təsdiqlənməsi gözlənilir”.
Globalinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ölkənin növbəti mərhələ üçün sosial-iqtisadi inkişaf proqramı hazırlanır:
“Proqram qəbul edildikdən sonra Azərbaycanın sosial-iqtisadi inkişaf istiqamətlərini müəyyən edən əsas çərçivə sənədi rolunu oynayacaq. Yeni proqram iqtisadiyyatın bütün sahələrini əhatə edəcək, ölkənin orta müddətli inkişaf prioritetlərini müəyyənləşdirəcək və müxtəlif istiqamətlər üzrə qəbul edilmiş sektoral proqramlarla əlaqələndiriləcək. Artıq bir sıra sahələr üzrə sektoral inkişaf proqramları hazırlanaraq təsdiqlənib. Həmin sənədlərdə ayrı-ayrı iqtisadi sahələrin inkişaf hədəfləri və fəaliyyət istiqamətləri öz əksini tapıb”.
Ləman İmran
Globalinfo.az