Müharibə başqa səbəbə görə başladı – Manukyan

“Ermənistanın Müstəqillik Bəyannaməsini qəbul etməsi Türkiyə ilə diplomatik əlaqələr qurmağımıza, danışıqlar aparmağımıza mane olmadı”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan deyib.

O, bəyannamənin qüvvədən salınması ilə bağlı fikirlərin doğru yanaşma olmadığını qeyd edib:

“Bəyannamədəki maddələr heç vaxt başqa ölkələrlə münasibətlərə əngəl törətmədi və heç kim bununla bağlı hər hansı tələb irəli sürmədi. Müharibə bizim Müstəqillik Bəyannaməmizdə nə isə yazıldığı üçün deyil, Ermənistan hakimiyyəti səhv addımlar atdığı üçün baş verdi. Konstitusiyanı təzyiq altında dəyişdirməklə özümüzü biabırçı vəziyyətə salırıq. Bu, geri çəkilmək deməkdir. Hörmətini itirmiş xalq heç bir məqsədə çatmayacaq”.

Əliyar Xəlil
Globalinfo.az