Azərbaycan Aİ-yə Ukrayna üzərindən qaz tranzitini təsdiqlədi – MÜHÜM GƏLİŞMƏ

Avropa İttifaqı Ukraynadan qaz tranziti ilə bağlı Bakıya müraciət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev rəsmi Bakının Aİ-nin bu çağırışını ciddi qəbul etdiyini bildirib. Çünki söhbət Avropanın enerji təhlükəsizliyindən gedir.

Qeyd olunur ki, Aİ rəsmiləri Azərbaycana qazın Ukrayna ərazisindən keçməklə Avropaya nəqli sxemini təqdim ediblər.

“Avropa İttifaqı və haqqında danışdığımız tranzit ölkələr bu məsələ ilə bağlı Azərbaycanla əlaqə saxlayıblar. Biz indi bu prosesə necə töhfə verə biləcəyimizə dair müxtəlif variantlara baxırıq”, – deyə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev “Politico”ya bildirib.

Hacıyev hər hansısa vaxt çərçivəsini açıqlamayıb. Lakin məsələnin Avropanın enerji təhlükəsizliyinə aid olduğu üçün Bakının Aİ-nin çağırışına ciddi yanaşdığını vurğulayıb.

Hikmət Hacıyev mina qurbanlarının son sayını açıqladı - FOTO - GlobalInfo.az

“Politico” Avropa Komissiyasının nümayəndəsi Tim Makfinin sözlərindən sitat gətirib:

“Biz Avropa qaz sisteminin infrastrukturundakı maneələr səbəbindən tədarükün təhlükəsizliyinin təmin edilməsində bəzi risklər görürük. Ona görə də, alternativ marşrutlar və qaz tədarükü tapmaqda icma üzvləri ilə sıx əməkdaşlıq edirik”.

Qeyd edək ki, “Bloomberg” agentliyi xəbər verib ki, Avropa İttifaqı və Avropa hökumətlərinin rəsmiləri Rusiya qazının Ukrayna vasitəsilə icma ölkələrinə tranzitinə dair sazişin müddətini 2025-ci ilə qədər uzatmaq üçün rəsmi Kiyevlə danışıqlar aparır. Ukrayna ərazisindən keçən tranzit xətti “Şimal axını”nın dağılmasından sonra Rusiya qazının Qərbi və Mərkəzi Avropa ölkələrinə tədarükü üçün yeganə marşrut olaraq qalır.

Xatırladaq ki, Globalinfo.az iyunun 12-də bu mövzu ilə bağlı geniş məqalə dərc edib. Həmin məqaləni buradan oxuya bilərsiniz.

Müşviq Tofiqoğlu
Globalinfo.az