qeza 524

“Ötən ilin dekabrında AZAL təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı araşdırma davam edir, bu prosesdə heç bir sirli məqam yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev mətbuat konfransında bildirib.

Nazir müavini məsələ ilə bağılı yekun hesabatın dərc ediləcəyini deyib:

“Fevralda şayiələri dağıdan iki hesabat dərc edildi. Araşdırma komissiyası artıq Aktauda, Astanada, Bakıda, həmçinin Qroznı və Rostov-na-Donuda olub. Ekspertlər Azərbaycanın hakimiyyət orqanları, AZAL və “Silkway Technics”, habelə Rusiya, “Embraer” və ICAO beynəlxalq təşkilatının ekspertləri ilə görüşüblər. İkinci hidravlik sistemin nə üçün sıradan çıxdığını və qapaqların işləməsini öyrənirlər. Təyyarənin nə vaxt zədələndiyini bilirik, necə olduğunu bilmirik. Bu sualın cavabını vermək üçün hüquq-mühafizə orqanlarının iki ekspertizasının nəticəsi lazımdır”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: