surucu 44

Abşeron rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb.

Globalinfo.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, “Nexia” markalı, 75-BA-227 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ramin Qasımovun yol hərəkəti qaydalarını kobud şəkildə pozması müəyyənləşib.

Digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaratmaqla avtoxuliqanlıq hərəkətləri etdiyi üçün o, Abşeron RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarı ilə sürücü R.Qasımov 15 sutka inzibati qaydada həbs edilib və 500 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, sürücü avtomobili sürücülük hüququ olmadan idarə edib.

9ecb183e 23f0 4f47 8e48 7f2b53e81509 e16daadd 6698 4e03 97b6 711eb11f4170

Paylaş: