WhatsApp Image 2023 12 27 at 17.23.34

Avtobus sürücüsü nəqliyyat vasitəsini kənarda saxlayıb və namaz qılıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, avtobus sürücüsünün bu hərəkəti birmənalı qarşılanmayıb.

“BakuBus” MMC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, görüntü qurumun istismarında olan 175 saylı marşrut xəttinin son dayanacağında çəkilib:

“Daxil olmuş videogörüntü əsasında daxili araşdırma aparıldı. Son dayanacaqda avtobusun durma müddəti 9 dəqiqə təşkil edir. Sürücü həmin müddət ərzində (təqribən 3 dəqiqə) dini ibadətini yerinə yetirib. Bu, avtobusun hərəkət qrafikində heç bir gecikməyə səbəb olmayıb”.

Paylaş: