
Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar yardım ayırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat paylaşıb.
“İndicə Avropa İnvestisiya Bankının rəhbəri ilə görüşümüz oldu. Ukraynaya, onun enerjisinə, mənzil proqramlarına, infrastruktur layihələrinə ayrılan yardımı müzakirə etdik. Bunlar üçün Ukraynaya 2 milyard dollar ayrılıb. Yardım üçün təşəkkür edirəm”, – deyə Zelenski qeyd edib.
Xatırladaq ki, daha öncə Ukraynanın Baş naziri Denis Şmıqal bankın Ukraynaya 165 milyon avro yardım ayrılması barədə məlumat vermişdi.
Aysel Əliyeva
Globalinfo.az