Cibuti sahillərində miqrantları daşıyan gəminin batması ağır faciə ilə nəticələnib. Hadisə zamanı azı 109 nəfər həyatını itirib, 116 nəfərin taleyi isə hələ də məlum deyil.
Globalinfo.az-ın məlumatına görə, BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı hadisənin Cibutinin Obok sahillərində baş verdiyini açıqlayıb.
Cibutidən Yəmənə doğru hərəkət edən və təxminən 350 nəfəri daşıyan gəmi dənizdə çevrilərək batıb.
Axtarış-xilasetmə əməliyyatı zamanı 109 nəfərin meyiti sudan çıxarılıb. Həlak olanların 52-si kişi, 42-si qadın, 15-i isə uşaqdır. Uşaqlardan 9-u qız, 6-sı oğlan olub.
Faciədən sağ çıxan 80 nəfərin isə Efiopiya vətəndaşı olduğu bildirilir. İtkin düşənlərin axtarışı ilə bağlı əlavə məlumat verilməyib.