Yəməndə strateji əhəmiyyətə malik Taiz şəhəri uğrunda hökumət qüvvələri ilə “Ənsar Allah” hərəkatının husiləri arasında şiddətli döyüşlər davam edir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.
Bildirilir ki, husilərin paytaxt Sənadakı mövqelərinə də ardıcıl hava zərbələri endirilir.
Yəmən hökuməti qarşıya qoyduğu məqsədlərə, xüsusilə də paytaxt Sənanın yenidən nəzarətə götürülməsinə nail olanadək hücumları davam etdirəcəyini bəyan edib. Hücumlar nəticəsində mülki şəxslər arasında ölənlərin olduğu deyilir.
Paytaxt sakinlərinin cəbhə xəttindən uzaqda yerləşən Sənanın yenidən döyüş meydanına çevriləcəyindən narahatdır.
Əliyar Xəlil
Globalinfo.az