İran yeni hücumlarla üzləşəcəyi təqdirdə əvvəlkindən fərqli şəkildə cavab verəcəyini bəyan edib.
Globalinfo.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Minab şəhərində Şəcərət əl-Tayyibə ibtidai məktəbində çıxışı zamanı bildirib.
O, İranın müharibəyə başlamaq niyyətində olmadığını, lakin ölkənin özünü müdafiə etməyə və təcavüzə qarşılıq verməyə hazır olduğunu vurğulayıb.
“Biz müharibə tərəfdarı deyilik, amma necə döyüşməyi bilirik”, – deyə nazir müavini qeyd edib.
Qəribabadi əlavə edib ki, İran son 200 ildə heç vaxt müharibəyə başlayan tərəf olmayıb, lakin ona qarşı təcavüz edənlərə sərt cavab verib.
İranlı rəsmi əvvəlki münaqişələrə də toxunaraq “Qırx günlük müharibə” zamanı ölkəsinin reaksiyasının “On iki günlük müharibə” dövründəki cavabından fərqləndiyini bildirib.
Tahir Turan