resize 10
Sumqayıtda dəm qazından boğulan 32 yaşlı kişi sahibkar imiş.Globalinfo.az Oxu.az-a istinadla xəbər verir ki, dəm qazından boğulan Məzahir Mejdunovun Sumqayıt şəhəri, Yaşma bağları massivində fermer təsərrüfatı var imiş.

O, ötən gün fermaya heyvanlara baxmağa gəlib və axşam çobanların yanında qalıb. Səhər saatlarında fermer təsərrüfatının həyətindəki hamamda yuyunan Məzahir dəm qazından boğulub. Onun meyitini çobanlar hamamda aşkarlayıblar. 

Faktla bağlı araşdırmalar davam edir.

Paylaş: