“Ukrayna müharibəsi və Cənubi Qafqazdakı proseslər diqqət çəkir”.
Globalinfo.az xəbər verir ki, bunu erməni siyasətçi Aramais Ağabekyan deyib.
O xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin Ukraynada yeni liderin hakimiyyətə gəlməsini istəyirlər:
“Bu vəziyyət Ukrayna lideri Volodimir Zelenskini müharibəni daha da sərtləşdirməyə, Avropanı isə Kiyevə dəstəyi davam etdirməyə sövq edə bilər. Rusiya ilə ABŞ arasında mümkün razılaşmalar regionda nəqliyyat və digər infrastruktur layihələrinin açılması ilə bağlı yeni razılaşmaların gündəmə gəlməsinə səbəb ola bilər”.
O, Rusiya rəsmilərinin Ermənistana səfərlər vəd etməsini, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistan Baş naziri Nikol Paşinyana ünvanlanan mesajlarını, həmçinin Çeçenistan rəhbəri Ramzan Kadırovun Bakıya səfərini eyni siyasi proseslərin mümkün əlamətləri kimi qiymətləndirib.
Ağabekyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyinin də bu proseslərə təsir göstərə biləcəyini yazıb.
“Qlobal xaos və böhran erməni xalqı və erməni millətçiləri üçün fürsət yarada bilər”, – deyə o qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az