WhatsApp Image 2026 10 11 at 22.25.48

Hazırda amerikalılar bizə cavab veriblər. Cavablarında şərtlərimizin bəzilərini qəbul ediblər, lakin bir sıra məsələlərdə qeyri-müəyyənlik qalır. Beləliklə, cavab verən tərəf biz yox, amerikalılardır. Onların cavabını qənaətbəxş hesab etmirik.

“Report” xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib.

Onun sözlərinə görə, növbəti mərhələyə keçidin mümkün olması üçün ABŞ mövcud qeyri-müəyyənlikləri aradan qaldırmalıdır.

“Görmək lazımdır ki, onlar bu qeyri-müəyyənlikləri aradan qaldıra biləcəklərmi ki, növbəti mərhələlər başlasın, yoxsa yox! Son iki ayda amerikalılar üç kanal – Pakistan, Qətər və hətta İraq vasitəsilə bizə təkliflər göndərib, öz təkliflərimizi onlara çatdırmağımızı istəyiblər. Biz ABŞ-yə yeddi şərt irəli sürmüşük və bildirmişik ki, bu şərtlər yerinə yetirilməsə, nə Hörmüz boğazı onların üzünə açılacaq, nə də danışıqlar aparılacaq”, – o deyib.

Rezai, həmçinin İranın ABŞ ilə diplomatik təmaslara yanaşmasının dəyişdiyini və əvvəlki danışıqlar modelinə qayıtmaq niyyətində olmadığını bildirib.

“Diplomatiyamız dəyişib və biz əvvəlki modelə qayıtmayacağıq. Çünki üç raund danışıqlar aparmışıq və hər dəfə amerikalılar danışıqları yarımçıq dayandıraraq İrana hücum ediblər”, – İran rəsmisi əlavə edib.

Xatırladaq ki, 44 günlük müharibədən əvvəl Ermənistan baş naziri münaqişənin həlli üçün yeddi şərt irəli sürmüşdü.

Paylaş: