Gəncədə 36 yaşlı oğlunu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən ata saxlanılıb.
APA-nın məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən O. Həsənov polis əməkdaşları tərəfindən tutulub.
Hadisə zamanı daha bir nəfərin bıçaq xəsarəti aldığı məlum olub. Belə ki, 1984-cü il təvəllüdlü A. Həsənov da bıçaqlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Gəncə şəhərində bıçaq xəsarəti alan şəxs xəstəxanada ölüb.
Globalinfo.az-ın məlumatına görə, 1990-cı il təvəllüdlü Röyal Həsənov kəsici alətlə alınan xəsarət nəticəsində xəstəxanaya yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Tahir Turan
Globalinfo.az