WhatsApp Image 2025 05 07 at 15.22.40

Türkiyə, Misir, Səudiyyə Ərəbistanı və Pakistanın xarici işlər nazirlikləri Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına qarşı həyata keçirilən hücumlarla bağlı birgə bəyanat yayıblar.

Globalinfo.az xəbər verir ki, bəyanatda husilərin Səudiyyə Ərəbistanına qarşı hücumları qətiyyətlə pislənilib.

Bildirilib ki, mülki şəxslərin ölümünə və yaralanmasına, eləcə də mülki infrastruktura ziyan dəyməsinə səbəb olan bu hücumlar beynəlxalq hüququn pozulmasıdır.

Dörd ölkə hücumları Səudiyyə Ərəbistanının suverenliyinə və ərazi bütövlüyünə təhdid kimi qiymətləndirib. Onlar Səudiyyə Ərəbistanının təhlükəsizliyini təmin etmək, əhalisini qorumaq və hücumların qarşısını almaq məqsədilə beynəlxalq hüquq çərçivəsində atacağı qanuni addımlara dəstək ifadə ediblər.

Məlumata görə, Kral Xalid Beynəlxalq Hava Limanına hücumlar nəticəsində 13 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: