
Nepalın Qorxa rayonunda baş verən qəfil daşqınlar ciddi dağıntılara səbəb olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.
Bildirilib ki, fəlakət oktyabrın 11-də səhər saatlarında Budhi-Qandaki çayında qeydə alınıb.
İlkin məlumata görə, dörd nəfər itkin düşüb.
Güclü su axını bir neçə evi, iki asma piyada körpüsünü və avtomobil körpüsünü dağıdaraq aparıb.
Daşqın, həmçinin Budhi-Qanda su elektrik stansiyasının tikinti sahəsinə ciddi ziyan vurub, bəzi avadanlıqları məhv edib.
Hazırda ərazidə itkin düşənlərin tapılması üçün axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Safura Bənnayeva
Globalinfo.az