
Avropa İnvestisiya Bankı Ukraynaya daha 116,5 milyon avro ayıracaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat yayıb.
“Ukrayna və Avropa İnvestisiya Bankı enerji və kritik infrastrukturun bərpasını maliyyələşdirməyi nəzərdə tutan saziş bağlayıblar”, – deyə Şmıqal öz “Telegram” hesabında yazıb.
Qeyd olunur ki, 16,5 milyon avro kritik infrastrukturun bərpası və enerji səmərəliliyinin tətbiqinə, 100 milyon avro isə su və istilik təchizatı obyektlərinin bərpasına, təhsil, səhiyyə və mənzil-tikinti sektorunda əsas sosial xidmətlərin modernləşdirilməsinə yönəldiləcək.
Aysel Əliyeva
Globalinfo.az