ermeni

Ermənistanın müdafiə naziri Suren Papikyanın son paylaşımı müzakirə obyekti olub.

Globalinfo.az xəbər verir ki, o, hərbi mövqelərdə stasionar hamamların inşa edildiyini açıqlayıb.

Nazirin sözlərinə görə, pilot layihə çərçivəsində həyata keçirilən işlərin məqsədi hərbçilərin istənilən vaxt çimmək imkanını təmin etməkdir.

Papikyan əlavə edib ki, gələcəkdə bu cür infrastrukturun ordunun bütün istiqamətlərində yaradılması nəzərdə tutulur.

Erməni jurnalist Voskan Sarkisyan sözügüdən məsələni məsxərəyə qoyub.

O bildirib ki, hərbçilərin sanitar şəraitinin yaxşılaşdırılması vacib olsa da, bu addım ordudakı nizamnamədənkənar münasibətləri və intizam problemlərini aradan qaldırmır:

“Ermənistanın müdafiə naziri Suren Papikyan pilot layihə çərçivəsində hərbçilərin istənilən vaxt çimə bilməsi üçün mövqelərdə hamamların tikildiyini dedi.

Orduda baş verən çoxsaylı ölüm və intihar hallarının əsas səbəbi mövqelərdə hamamların olmaması deyil.

Ordudakı daha dərin problemlərin həlli üçün başqa tədbirlər də görülməlidir”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: