tusk scaled

Polşa polisi ölkənin Baş naziri Donald Tuska və müdafiə naziri Vladislav Kosinyak-Kamışa qarşı mümkün sui-qəsd hazırlığı ilə bağlı məlumat alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Karolina Qaletskaya “X” sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, daxil olan məlumatla əlaqədar daxili işlər naziri Marçin Kervinski və xüsusi xidmətlər üzrə nazir-koordinator Tomaş Semonyak hüquq-mühafizə orqanlarına zəruri tədbirlər görməyi tapşırıblar.

Qaletskaya hadisə ilə bağlı əlavə təfərrüat açıqlamayıb.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: