Astarada ağır qəza: gənc sürücü öldü

Martın 8-də saat 22:40 radələrində 1998-ci il təvəllüdlü Tural Əlizadə idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Astara şəhəri ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı elektrik dirəyinə çırpılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Qəza nəticəsində sürücü ölüb, avtomobildə olan sərnişin Mehdi Əsgərzadə isə bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.