asala ermeni

ASALA terror qruplaşması İrəvanda sinaqoqa hücumla bağlı məsuliyyəti üzərinə götürüb.

Globalinfo.az xəbər verir ki, bu barədə terror qruplaşması bəyanat yayıb.

Ötən gün baş verən hücumu qruplaşmanın gənclər qanadının təşkil etdiyi bildirilir.

ASALA sinaqoqa qarşı vandalizmi “İrəvandakı Ümumdünya Yəhudi Mərkəzinə qarşı uğurlu qorxutma əməliyyatı” adlandırıb.

“Yəhudilər erməni xalqının düşmənləridir! Bu, sadəcə, başlanğıcdır” , – terrorçular bildiriblər.

ASALA həmçinin Azərbaycanı dəstəkləyən ravvinlərin ünvanına da açıq təhdidlər səsləbdirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: