Artıq dünyanın ən varlı adamı o deyil – FOTO

“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu, tviterin sahibi İlon Mask dünyanın ən varlı adamı titulunu itirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.

O, liderliyi “LVMH” moda konqlomeratının sahibi Bernard Arnoya verib. Maskın hazırda 204,2 milyard, Arnonun isə 205,8 milyard dollar sərvəti var.

“Amazon”un qurucusu Ceff Bezos 179,9 milyardla üçüncü, “Oracle” korporasiyasının yaradıcılarından biri olan Larri Ellison 142,6 milyard dollarla dördüncü, 138,8 milyard dollar sərvətlə isə “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq beşinci olub.

Qeyd edək ki, İlon Mask dünyada varidatı 300 milyard dolları keçən ilk şəxs olub.

Bernard Arno