Araik təcili iclas keçirdi: Bu gün Qarabağda nələr baş verəcək?

Son günlər Xankəndi şəhərində müşahidə olunan vəziyyət və azsaylı insanların iştirak etdiyi aksiyalar Qarabağdakı separatçıların növbəti dəfə təcili iclas keçirmələrinə səbəb olub.

Globalinfo.az xəbər verir ki, bu barədə separatçıların nəzarətindəki media resursları məlumat yayıb.

İclas zamanı saxta “dövlət naziri” Qurqen Nersisyan ümumi vəziyyətdən danışıb. Separatçıların başçısı Araik Arutyunyan isə mövcud vəziyyətdən çıxış üçün atılan addımların heç bir effekt vermədiyini bildirib. O, həmçinin separatçıların mövcud resurslarının yenidən bölüşdürülməsi ilə bağlı bir sıra “tapşırıqlar” verib.

Qeyd edək ki, Qarabağdakı separatçılar bu gün Xankəndidə növbəti dəfə aksiya keçirməyi planlaşdırıblar. Araikin keçirdiyi iclasda bu məsələnin də ciddi şəkildə müzakirə edildiyi vurğulanıb. Bildirilir ki, separatçı rejim aksiyaya çox sayda erməninin qatılması üçün səfərbər olub. Məqsəd guya “Qarabağda humanitar fəlakət yaşanmasını” dünyaya göstərməkdir.

Tamerlan Yayaqan
Globalinfo.az