ABŞ-dan Moskva görüşünə reaksiya

“Moskva görüşündə olmasaq da, məsələ bizim üçün əvvəlki kimi prioritet olaraq qalır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşünü şərh edərkən deyib.

“Bilirsiniz ki, dövlət katibi hər iki tərəflə bir neçə həftə əvvəl Vaşinqtonda görüşüb. Bundan sonra danışıqlar Brüsseldə davam edib və biz danışıqların davam etməsini dəstəkləyirik. Razılaşmanın artıq əldə olunduğunu düşünürük və hər iki tərəfin birgə işləyib, həll olunmamış məsələlərlə bağlı razılıq əldə etməsində çalışırıq”, – o bildirib.

İlkin Həsənov
Globalinfo.az